Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakı, 2 fevral, AZƏRTAC-a istinadla

Xəzər dənizi hövzəsi ölkələri arasında ticari-iqtisadi əməkdaşlığa dair sazişin layihəsi Aşqabadda Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.

Tədbir Türkmənistan Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi, habelə Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsi tərəfindən təşkil edilib.AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, Xəzər regionu ölkələrinin müvafiq nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssislərinin iştirak etdiyi görüşdə Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığa dair Türkmənistan tərəfindən hazırlanmış sazişin layihəsi müzakirə edilir.

Belə bir saziş bağlamaq təşəbbüsü 2014-cü ilin sentyabr ayında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən səslənib.

Türkmənistan tərəfinin fikrincə, bu sənəd Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əlaqələri şaxələndirməyə və Xəzər regionunun mühüm enerji, sənaye və nəqliyyat-tranzit potensialını reallaşdırmağa imkan verəcək.

Danışıqların gedişində daimi fəaliyyətdə olan Xəzər İqtisadi Forumunun yaradılması məsələsinin müzakirə edilməsi də nəzərdə tutulur. Bu forum region ölkələrinin hakimiyyət və işgüzar dairələrinin nümayəndələri üçün səmərəli danışıqlar məkanına çevrilə, habelə regionun investisiya cəlbediciliyinə müsbət təsir göstərə bilər.

Xəzər dənizi hövzəsi ölkələri arasında ticari-iqtisadi əməkdaşlığa dair sazişin layihəsi Aşqabadda Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə