Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Astarada bir nəfər dənizdə batdı


Astarada bir nəfər dənizdə batıb.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə