ATUREK-5-ə elmi işlərini təqdim etmiş rezidentlərin nəzərinə: ELAN
Hörmətli rezidentlər və elmi rəhbərləri,
11-12 may 2017-ci il tarixlərində keçiriləcək ATUREK-5-ə Azərbaycan Tibb Universitetindən başqa rezidentura təhsili aparan aşağıda adları çəkilən 11 klinik bazadan 30-dək elmi-tədqiqat işi təqdim edilmişdir:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Milli İdman Tibb və Reabilitasiya İnstitutu
Milli Onkologiya Mərkəzi
Neyrocərrahlıq Xəstəxanası
Respublika Müalicəvi Diaqnostika Mərkəzi
Bakı Sağlamlıq Mərkəzi
Kliniki Tibbi Mərkəz
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Həmin klinik bazaların rezidentlərindən elmi işlərinin ATUREK-5-də məruzə və ya poster təqdimatına qəbul olunduğuna dair məlumatı əldə etmələri üçün ATU-nun rezidentura şöbəsinə müraciət etmələri xahiş olunur.
Rezidentlərimizə və rəhbərlərinə uğurlar arzulayırıq!
Təşkilat komitəsi