Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Avropa Parlamentinin üzvü N.Nikolai: “Azərbaycanla Avropa İttifaqı arasında ticarət sazişinin tezliklə imzalanacağına ümid edirik”


  

“Azərbaycanla Avropa İttifaqı arasında ticarət sazişinin tezliklə imzalanacağına ümid edirik”. Avropa Parlamentinin Rumıniyadan olan deputatı Norika Nikolai belə deyib. Avropa Parlamentində keçiriləcək yeni sessiyaya hazırlıqlar barədə danışan Norika Nikolai Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq tərəfdaşlıq və əməkdaşlıq sazişinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanla qurum arasında əlaqələr sürətlə inkişaf edir, bununla bağlı ilk məruzə payızda hazır olacaq. O, ticarət sazişinin həmin məruzədən sonra imzalanacağını deyib. Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi gələcək illər üçün bir çox sahələrdə strateji əməkdaşlığı müəyyən edəcək sənəddir. Saziş üzrə yeni danışıqların növbəti mərhələsi gələn ay Brüsseldə keçiriləcək.

“Azərbaycanla Avropa İttifaqı arasında ticarət sazişinin tezliklə imzalanacağına ümid edirik”. Avropa Parlamentinin
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə