Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

AZAL-ın təyyarəsi duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtdı

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə