Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
24.05.2017

Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb

Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb.

Forumda iştirak etmək üçün Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri qatılıb.

Azərbaycan ilə Rumıniyanın ali təhsil müəssisələrini bu miqyasda ilk dəfə bir araya gətirən forumda Rumıniya ali təhsil müəssisələrinin məzunları olan azərbaycanlı gənclər də iştirak edib. 

Açılış mərasimindən sonra forum panel müzakirələr ilə öz işini davam etdirib. Forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb.

Forumun növbəti günü ixtisaslaşmaya uyğun olaraq Rumıniya ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət edəcək və həmin təhsil müəssisələrinin mövcud resurslar ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.  

Forum çərçivəsində Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.


Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə