Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 68,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,23 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 68,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,28 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə