Azərbaycan Televiziyası və Mədəniyyət Kanalının təşkilatçılığı ilə Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək
06 October 2017
Oktyabrın 10 saat 19:00 Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxaq Muğam Mərkəzinin birgə layihəsi olan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək. Gecədə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq. Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, əməkdar artist Lalə Məmmədova,Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov,TalehYahyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov, İlkin Əhmədov və “Sevil” vokal kvarteti çıxış edəcək.
Oktyabrın 10 saat 19:00 Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxaq Muğam Mərkəzinin birgə layihəsi olan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.