Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan Televiziyası və Mədəniyyət Kanalının təşkilatçılığı ilə Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək

 06 October 2017

Oktyabr 11-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası və Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan RespublikasıMədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək. Konsertdəxalq artistləri Aygün Bayramova, Samir Cəfərov, əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər Zamiq Hüseynov, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov və başqaları bəstəkarın mahnılarını ifa edəcəklər. İfaçıları Azərbaycan  Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək. Dirijor Fərhad Qarayusiflidir. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edəcəklər.

Oktyabr 11-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası və Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan RespublikasıMədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə