Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda elçiliyə gedən ailə qəzaya düşdü: Ölənlər və yaralananlar var


Masallı rayonunda “Niva” aşıb.

Hadisə rayonun Güllütəpə kəndində baş verib. 

“Niva” markalı avtomobillə Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.

S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sözügedən ailə Yardımlıya elçilik məqsədilə gedirmiş. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə