Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır – RƏQƏM
Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi artırılır.
Bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərində yerləşdirilən dair müvafiq cədvəllər xəbər verir.
Qeyd edək ki, ilkin göstəricilərə dair açıqlamanı Maliyyə Nazirliyi yayıb.
Rəsmi proqnoza əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.
Müdafiə və təhlükəsizlik üzrə xərclər isə ümumi xərclərin 15,3 faizini təşkil edəcək.
Bu isə təxminən 3 milyard 954 milyon manatdan çoxdur.
Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və təhlükəsizlik üzrə xərclər 3 milyard 804 milyon 168 min manat məbləğində müəyyən edilib.