Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat edib.
Xeberinmerkezi.az xəbər verir ki, Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.
Müdaifə Nazirliyi yerli KİV-ə məlumatı təsdiq edib.
Qeyd edək ki, Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.
1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.
1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.
Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
O, 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrdən ehtiyata göndərilib.