Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda sutkada 23 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda koronavirusa 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 588 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib. 25 713 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 620, bu günə qədər isə ümumilikdə 5 539 284 test icra olunub.


Ötən gün koronavirus əleyhinə 40 658 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 616 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 566 911 nəfər təşkil edir.

Ümumilikdə isə 881 345 buster doza vurulub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə