Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanın "Eurovision-2019" təmsilçisi məlum oldu


Azərbaycanı "Eurovision-2019" beynəlxalq musiqi yarışmasında təmsil edəcək iştirakçının adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, ölkəmizi müsabiqədə gənc və istedadlı ifaçı Çingiz Mustafayev təmsil edəcək. 

Qeyd edək ki, ifaçı yarışmada "Truth" mahnısını səsləndirəcək. Mahnıya çəkilmiş klip Ukraynada lentə alınıb.

64-cü "Eurovision-2019" musiqi musabiqəsi 14-18 may tarixində İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et"dir ).

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə