Azərbaycanın ötən il ən çox məhsul idxal etdiyi ölkələrin reytinqi - TOP-10
Bu ilin yanvar ayında Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 531,2 mln. ABŞ dollarına yaxın idxal əməliyyatları həyata keçirib.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin yanvar ayında olduğu kimi Rusiya Azərbaycanın əsas idxal partnyoru olub.
Onun ardınca Çin, Türkiyə və Almaniya gəlir.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Azərbaycanın ümumi idxalı 720,9 mln. dollar, xarici ticarət dövriyyəsinin həcmi isə 2,85 mlrd. dollar təşkil edib.
Ötən ay Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:
# | Ölkə | İdxal, ABŞ dolları | Ümumi idxala nisbətən, % | 2019-cu ilin yanvarında mövqeyi |
1 | Rusiya | 117 018,8 | 16,2 | 1 |
2 | Çin | 113 992,4 | 15,8 | 3 |
3 | Türkiyə | 101 681,8 | 14,1 | 2 |
4 | Almaniya | 44 161,3 | 14,1 | 8 |
5 | ABŞ | 29 547,9 | 4,1 | 6 |
6 | Türkmənistan | 28 313,1 | 3,9 | - |
7 | İtaliya | 28 080,4 | 3,9 | 13 |
8 | Ukrayna | 25 266,9 | 3,5 | 11 |
9 | İran | 24 052,5 | 3,3 | 5 |
10 | Böyük Britaniya | 19 092,9 | 2,6 | - |