Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanlı uşaq rusları məst etdi 

NTV telekanalında "Tı Super" (Sən supersən) uşaq müsabiqəsinin ikinci mövsümü başlayıb. İstiPress-in məlumatına görə, müsabiqədə valideyn himayəsindən məhrum olan, MDB-nin müxtəlif regionlarından olan uşaq evlərində məskunlaşan yeniyetmələr iştirak edir.

Yeni mövsümdə müsabiqənin müsiflər heyəti komandasında bəstəkar İqor Krutoy, müğənni Sergey Lazarev və Yuliyanna Karaulova, prodüsser və bəstəkar Viktor Drobış yer alıb. layihdə 13 ölkədən olan 82 uşaq iştirak edir. Onlar 8-18 yaş arasındadırlar.

Azərbaycanı müsabiqədə Zaqataladan olan 12 yaşlı Namiq Cəbrayılov və Bakıdan olan 15 yaşlı Səməd Novruzov təmsil edir.

S.Novruzov ilk çıxışdaca müsifləri heyran edə bilib. Yeniyetmə Rəşid Behbudovun repertuarından mahnı ifa edib. Səsi ilə qəlbləri fəth edən Səməd növbəti mərhələyə keçib.

NTV telekanalında "Tı Super" (Sən supersən) uşaq müsabiqəsinin ikinci mövsümü
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə