Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq

  

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında yekunlaşacaq. Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslanın sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. Türkiyəli nazir onu da əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.

Qeyd edək ki, üç ölkənin ərazisindən keçən Baki-Tbilisi-Qars yeni dəmir yolunun ümumi uzunluğu 838,6 km.-dir. Bu xətt Azərbaycan-Gürcüstan-Türkiyə arasında sərnişinlərə və yük daşımalarına xidmət edəcək, eyni zamanda Qazaxıstan və Türkmənistanla Türkiyə arasındakı daşımalar üçün də alternativ rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsiylə ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşıması nəzərdə tutulur. Bu dəmir yolu bu üç bölgədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlılıq gətirəcək.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin də münasibətlərini artıracaq.  Bakı-Tbilisi-Qars və Marmaray kimi layihələrin inşa edilməsi, bununla Asiyadan Avropaya, Avropadan Asiyaya böyük həcmli yüklərin bir hissəsinin Türkiyədə qalması ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasının bir məqsədi də bölgədə yeni bir enerji dəhlizi yaratmaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması planlaşdırılır. Buna əlavə olaraq Türkiyə ilə Orta Asiya ölkələri arasındakı mövcud nəqliyyat qurumları da böyük ehtimalla bu xəttdən faydalanmaq istəyəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə