Bakıda 26 yaşlı gənc döyülərək ağır xəsarət alıb
Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu "Xəzər" çörək zavodunun yaxınlığında naməlum şəxslə mübahisə edib. Bu zaman o, döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəsrəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.