Bakıda maşından meyit tapıldı
Bakıda avtomobildən meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Eldar Ramazan oğlunun idarə etdiyi avtomobildə kişi meyiti aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.