Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq

Bakı, 9 fevral, AZƏRTAC-a istinadla

Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.

“Emalatxana” layihəsi çərçivəsində təşkil olunacaq seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Seminar çərçivəsində incəsənətə - rəssamlığa aid olan suallar cavablandırılacaq.

Hər kəsin iştirak edə biləcəyi seminar rus dilində aparılacaq.

Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə