Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda növbəti məktəb koronavirusa görə bağlanıb

Bakıdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yerli KİV-lərə verilən məlumata görə, məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə