Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda parklanmış avtomobilin nömrəsini oğurladılar


Bakıda həyətdə parklanmış avtomobilə qeyri-adi şəkildə ziyan vurulub.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edilib ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində, metronun “Əhmədli”  stansiyasının yaxınlığındakı həyətlərdən birində baş verib.

Belə ki, naməlum şəxs həyətdə parklanmış avtomobilə yaxınlaşıb, onun dövlət qeydiyyat nişanını sökərək, özü ilə götürüb. Daha sonra həmin şəxs avtomobilinə minərək, ərazidən uzaqlaşıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə