Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.