Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Azərbaycan xalqı olaraq, biz bu tarixi qələbənin canlı şahidləriyik. Bu gün qürurla söyləyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq. 8 Noyabr xalqımız üçün həm birlik, həm şərəf, həm də qürur günü olmaqla yanaşı, tariximizə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür. Azərbaycan xalqı bu möhtəşəm hadisəni sevinc və coşqu ilə qeyd edib.

Bayram konserti zəngin proqram və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Tədbir iştirakçıları bu günü böyük qürur və vətənpərvərlik hissi ilə yadda saxlayaraq, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanları ehtiramla yad ediblər.

AZƏRTAC-ın müxbirləri konsertdən sonra bayram tədbirinin izləyiciləri ilə həmsöhbət olublar.

Ailəsi ilə birlikdə konsertdə izləməyə gələn İkinci Qarabağ müharibəsinin iştirakçısı Əfqan Zamanov Vətən uğrunda savaşmasından qürur duyduğunu bildirib: "Müharibənin ilk günlərindən Zəngilan və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak etdim. Cəbrayıl və Laçında isə mühafizə və müdafiədə oldum. Zəfərin beşinci ildönümü bizə müharibədə keçdiyimiz döyüş yolunu, Qələbəyə addım-addım irəlilədiyimizi xatırladır. Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad isə ölkəmizin zirvələri fəth etdiyini, xalqımızın əzmkar, ordumuzun döyüşkən olduğunu göstərdi. Çox sevincliyəm ki, bu müqəddəs amal yolunda mənim də ayaq izlərim var. Xalqımızın simasında sevinci görəndə beş il əvvəl etdiyimiz işin mahiyyətini daha da dərindən anlayıram. Bu, təkcə torpaqların bütövləşməsi deyildi, xalqımıza uzun illərdən sonra qaytarılan xoşbəxtlik, sevinc də demək idi. Bayram tədbirindən isə xüsusilə zövq aldıq. Burada səsləndirilən vətənpərvərliyi tərənnüm edən mahnıları beş il əvvəl döyüşlər zamanı da dinləyir, cuşa gələrək irəli atılırdıq".

Tərtərdən Zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən Hərbi parada və konsertə baxmağa gələn Ələsgər Kərimov beş il əvvəlki xatirələrini bölüşüb: "Vətən müharibəsi dövründə Azərbaycan oğulları ilə döyüş meydanında bacara bilməyən düşmən öz heyfini mülki vətəndaşlardan çıxır, yaşayış məntəqələrini atəşə tuturdu. Tərtər də düşmənin hədəfinə çevrilən ərazilərdən idi. Lakin heç nə bizi qorxutmadı, xalq olaraq ordumuzun dayanmasını deyil, irəliləməsini istədik. Biz birliyimiz və cəsur döyüşçülərimizin qəhrəmanlığı sayəsində Şanlı Qələbə qazandıq. Bu gün də həmin Zəfərin beşinci ildönümümünü böyük coşqu və sevinclə qeyd edirik. Məhz hərbi parada baxmaq və konsertdə iştirak etmək üçün işdən icazə alıb gəldim. Mən bu tarixi anları qaçıra bilməzdim. Həm çox sevincli, həm də qürurluyam. Ali Baş Komandan başda olmaqla Ordumuzu, xalqımızı Zəfər Günü münasibətilə təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq arzulayıram".

Konsertə maraqla tamaşa edən məktəbli Leyla Şahyarova sevincini gizlədə bilmirdi. O, paradda da iştirak etdiyini xüsusi şövqlə qeyd edərək deyib: "Azərbaycan Ordusu Zəfər qazananda altı yaşım vardı. Hər kəsin Qələbə qazandıq deyərək sevindiyini, Qarabağı aldıq deyib ağladığını görmüşdüm. Azərbaycanın qəhrəman oğulları 44 gün ərzində möhtəşəm Zəfər qazanmışdılar. Biz şəhidlərimizin, qazilərimizin, Ordumuzun sayəsində qələbəni əldə etmişdik. Mən çox qürur duyuram ki, Azərbaycanın belə cəsur hərbi qulluqçuları var. Qəhrəmanlarımız sayəsində həmin ərazilərə gedə bilirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Mənim qardaşım da hazırda hərbi xidmətdədir. Fəxr edirəm ki, o, Qalib Ordunun əsgəridir. Konserti isə çox bəyəndim. Burada hamı deyib-gülür, əylənirdi. Atəşfəşanlıq isə çox möhtəşəm idi".

20:55

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır.

AZƏRTAC xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR