Bakıdakı Narkoloji Mərkəzdə qanunsuzluqlarla bağlı araşdırmalar aparılır - YENİLƏNİB
“Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir”.
Səhiyyə Nazirliyindən bildirilib ki, Bakı Narkoloji Mərkəzində müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır.
Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaqlar”.