Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Hazırda Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Azərbaycandan Gürcüstan istiqamətində kedir. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Azərbaycan və Rusiyadan olan həmkarlarımın bu sahədə gördüyü işləri yüksək qiymətləndirirəm.

Bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Bu tədbir qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəliləməsi üçün böyük əhəmiyyət kəsb edir”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Qazaxıstandan göndərilən buğda Azərbaycandan keçməklə Ermənistana çatdırılmışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR