Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Bakının bu məşhur bazarında kütləvi zəhərlənmə
Bakının bu məşhur bazarındakütləvi zəhərlənmə

Bakıda Meyvəli bazarında kütləvi zəhərlənmə olub. 

xeberinmerkezi az report-a istinadən  xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. 

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəridə KTM-nin yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə