Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

BDU-da yeni təyinat


Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, BDU-nun rektor (əvəzi) səlahiyyətlərini müvəqqəti icra edən  Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədovavəzifəsindən azad edilib. 

Firudin Qurbanovun imzaladığı bir digər əmrə əsasən, BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı Oxu.Az-a təsdiqləyib.

Xatırladaq ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsini icra edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə