Belçika İngiltərəyə heç bir şans vermədi
Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulur.
Axar.az xəbər verir ki, keçiriləcək dörd oyunla son iki 1/8 final cütü müəyyənləşəcək.
Hazırda 4 oyundan ikisinə start verilib. H qrupunda Yaponiya ilə Polşa milliləri və Seneqal və Kolumbiya yığmaları üz -üzə gəlir.
G qrupunda isə saat 22:00-da İngiltərə - Belçika və Panama - Tunis yığmaları qarşılaşacaq.
***
59-cu dəqiqədə Polşanın oyunçusu Jan Bednarek hesabı açıb: 1-0.
***
74-cü dəqiqədə kolumbiyalı Yerri Mina hesabı açmağa müvəffəq olub: 1-0.
***
Kolumbiya və Polşa rəqiblərinə 1 - 0 hesabı ilə qalib gəlib. Hər iki ölkənin xalı 4 olub. Burada vurulan və buraxılan topların göstəricisi və şəxsi matçlardakı nəticələr eyni olduğu üçün bu halda FİFA-nın “Fair play” reytinqi işə düşüb. Daha az sarı vərəqə alan Yaponiya 1/8 finala yüksəlib.
***
Qrup mərhələsinin 3-cü turunda Panama-Tunis, İngiltərə-Belçika matçına start verilib.
***
33-cü dəqiqədə Panamanın oyunçusu Luis Rodrigez hesabı açır: 1-0.
***
Belçika matçın 54-cü dəqiqəsində Adnan Yanuzayın qolu ilə hesabı açdı: 1-0. Digər görüşdə Tunis Ben Yusifin 51-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdi: 1-1.
***
Xazri matçın 66-cı dəqiqəsində Tunisi hesabda irəli çıxardı: 2-1.
***
Belçika İngiltərəyə qalib gələrək qrup lideri oldu. Digər görüşdə Tunis Panamaya qalib gəldi. Bununla Belçika və İngiltərə 1/8 finala yüksəldi. Tunis qrup üçüncüsü, Panama isə sonuncu oldu.