Beş yaşlı uşaq Ginnesin Rekordlar kitabına düşdü
Xəbər verdiyimiz kimi, bir ay öncə Çeçenistanda yaşayan beş yaşlı Rəhim Kuriyevfasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurmuş, amma Ginnesin Rekordlar Kitabı bunu rəsmi olaraq qeydə almamışdı.
Oxu.Az-ın “Yeni Şafak” nəşrinə istinadən məlumatına görə, Rəhim 2,5 saata 3202 jim edərək, Ginnesin Rekordlar Kitabına adını yazdırmağı bacarıb.
Qeyd edək ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rəhim Kuriyevə bahalı avtomobil bağışlamışdı.