Beyrut partlayışına görə rus biznesmen axtarışa verildi
Kiprin Təhlükəsizlik Xidməti Beyrutdakı partlayışla əlaqədar aparılan təhqiqat çərçivəsində rusiyalı biznesmen İqor Qreçuşkini axtarışa verib.
Xeberinmerkezi.az xəbər verir ki, Kipr bu şəxsin ölkə ərazisində ola biləcəyini iddia edib.
Qeyd edək ki, 2014-cü ildə Livan hökuməti məhz Qreçuşkinin gəmisində ammonium nitratı mənimsəyərək Beyrutdakı anbara yerləşdirmişdi.