Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bizim kökümüz Asiyadadır - Çavuşoğlu

Biz inkişaf edən və dünyanın iqtisadi gücünün mərkəzinə çevrilmiş Asiya ilə vahid yanaşma ilə hər sahədə əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şri Lankanın Antalyadakı fəxri konsulluğunun Alanya ofisinin açılışında deyib.

"2016-cı ildə də bu ölkəyə səfərim son dərəcə məhsuldar oldu və biz Şri Lankanın keçdiyi müxtəlif proseslərdə, o cümlədən terrorizmə qarşı həmişə həmrəy olduğumuzu göstərmişik. Bütün bu tarixdən sonra Şri Lanka 2012-ci ildə Ankarada səfirlik açdı və biz də dərhal cavab verdik. Səfirliyimiz Kolomboda 2013-cü ildə fəaliyyətə başladı. Bəziləri bizim Asiyada ilk dəfə olub-olmadığımızı soruşur. Yox, elə deyil, bizim kökümüz Asiyadadır", - deyə Çavuşoğlu bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə