Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

BMT Navalnı məsələsini dərindən araşdırmağa çağırdı


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet rusiyalı müxalif siyasətçi Aleksey Navalnının başına gələnlərin müstəqil olaraq araşdırılmasını tələb edib və hadisəni “qətl cəhdi” olaraq qiymətləndirib.

Baçalet sentyabrın 8-də Cenevrədə yayımladığı bəyanatda Navalnının komadan çıxması barədə Berlindən gələn xəbərləri sevinclə qarşıladığını bildirib.

“Navalnı açıq şəkildə dövlət müdafiəsinə ehtiyacı olan biri idi. Rusiya səlahiyyətlilərini bu ağır cinayətdə kimin məsuliyyət daşıdığını tam araşdırmağa çağrırıq”,- deyə Baçalet bəyanatında qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə