Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Böyük Britaniyanın “Ports and Harbors” jurnalı Azərbaycanın iqtisadi imkanlarından yazıb

Böyük Britaniyada dərc olunan və dəniz nəqliyyatı sahəsində dünyanın tanınmış nəşrlərindən sayılan “Ports and Harbors” jurnalında bu il Avrasiya məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının Dünya Limanları Konfransına həsr olunan məqalələr dərc edilib.

Jurnalın iyul-avqust buraxılışında dərc edilən məqalələrdə qeyd olunur ki, bu il Avrasiya məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının Dünya Limanları Konfransında 65 ölkədən 400-dən çox nümayəndə iştirak edib. Qeyd olunur ki, tədbir Çinin reallaşdırdığı “Bir Kəmər - Bir Yol” təşəbbüsündə Bakının rolunu nümayiş etdirdi. Qonaqlar Bakı Limanının inkişaf edən Avrasiya logistik zəncirində öz yerini gücləndirmək planları ilə yaxından tanış olublar. Jurnalın redaktoru Penni Tomasın məqalələrində Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanın konfransla bağlı fikirlərinə yer ayrılıb. Santiaqo Qarsia-Mila, tədbirin Avrasiya məkanında ilk dəfə məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. "Biz əvvəllər Sinqapur və Dubay kimi yerlərdə gördüyümüz inkişafa hazırda dünyanın bu hissəsində şahid oluruq. Əsas fərq ondan ibarətdir ki, Bakı təkcə ticarət limanı deyil, Şərqlə Qərb və Şimalla Cənub arasında qovşaq kimi sürətlə inkişaf edən bir mərkəzdir. Sitatin sonu. Məqalələrdə Beynəlxalq Limanlar Assosiasiyasının idarə heyətinin siyasət və strategiya üzrə rəhbəri Patrik Verxoven və yazıçı, beynəlxalq əlaqələr üzrə mütəxəssis Paraq Xannanın Şərqlə Qərbi əlaqələndirmək və mərkəz yaratmaq istiqamətində Bakı Limanının planları, o cümlədən konfransla bağlı  təssutratlarını bölüşüblər. Vurğulanir ki,  dünyanın ən inkişaf etmiş ölkələrindən fərqli olaraq, Bakı azad iqtisadi zonası ətrafında tamamilə yeni qonşuluq mühiti qurur və tədarük zəncirində olduğu kimi, ticarətdə rəqəmsal yeniliklərdən istifadə edir. Bu təkcə hər hansı bir binanın yaxud avadanlığın tikintisi ilə məhdudlaşmayan, şirkətlərin özlərini təsis etməsi üçün işgüzar mühitin formalaşdırıldığı hərtərəfli bir sistemdir. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə