Britaniya gəmisi husilərin PUA-sını vurdu
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi husilər tərəfindən Qırmızı dənizdə buraxılan PUA-nı vurub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda qeyd olunub.
Xəsarət alanların olmadığı bildirilib.