Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Britaniya kralının ilk rəsmi səfərini hansı ölkəyə edəcəyi məlum oldu

Böyük Britaniya kralı III Çarlz taxt-taca əyləşdikdən sonra ilk rəsmi səfərini martın 26-da Fransaya edəcək.

Bu barədə cümə günü Yelisey sarayına istinadən məlumat yayılıb.

Məlumata görə, III Çarlzın ilk dövlət səfəri dörd gün müddətində olacaq və martın 29-da başa çatacaq.

Səfər “Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Bildirilir ki, o, bir sıra mübahisələrdən sonra Fransa - Britaniya münasibətlərindəki mehribanlığı bərpa etmək niyyətindədir.

Fransa mənbələrinə görə, kraldan öncə martın 10-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak Parisə gələcək.

Mənbə: TASS

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə