Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb
Britaniya Kiyevi tank əleyhinə müdafiə silahları ilə təmin edəcək.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə çıxış edərkən məlumat verib.
“Biz Ukraynaya zirehli maşınlar əleyhinə yüngül müdafiə sistemlərinin tədarükü barədə qərar qəbul etmişik. Onlar strateji silah deyil və Rusiya üçün təhlükə yaratmır”, - deyə nazir vurğulayıb.