Bryanskda Rusiya helikopteri alışdı və şəhərə düşdü
Rusiyanın Bryansk vilayətində helikopter alışıb və qəzaya uğrayıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə məlumatı TASS fövqəladə hallar xidmətindəki mənbəsinə istinadla yayıb.
Bildirilib ki, ilkin məlumata görə, helikopterin mühərriki alovlanov və təyyarə Klints şəhərinə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadaları göndərilib. Hələlik, helikopterin qalıqları tapılmayıb.