Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bu içkilər saç tökülməsini sürətləndirir

Alimlər araşdırma apararaq müəyyən ediblər ki, alkoqollu içkilər və şirin qazlı içkilərin müntəzəm istifadəsi saç tökülməsini sürətləndirir.

60 min nəfərin məlumatlarının təhlili nəticəsində belə içkilərin orqanizmin saçın böyüməsi üçün vacib olan vitamin və mineralları mənimsəməsinə mane olduğu aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, bu cür içkiləri çox istifadə edən insanlar eyni zamanda sağlam qidalardan daha az yararlanırlar. Bu isə saç follikullarının zəifləməsinə və tökülmə riskinin daha da artmasına səbəb olur.

Həkimlər bildirirlər ki, balanslı qidalanma, protein, vitamin və mineral baxımından zəngin məhsulların qəbulu saç sağlamlığını qorumaqda əsas şərtlərdəndir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR