Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Cabir İmanov dəfn edildi

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.

Əməkdar artistlə vida mərasimində dostları, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, Cabir İmanov ötən gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.

***

Əməkdar artist Cabir İmanov dəfn edilib.

O, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dostları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR