Çin-Hindistan sərhədində vəziyyət yenidən gərginləşdi
Hindistan əsgərləri Ladakxda sərhədi keçərək Çin patrul maşınlarına atəş açıblar.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Çin ordusunun Qərb komandanlığının sözçüsü Canq Şuili deyib.
O bildirib ki, insident Panqonq gölü yaxınlığında baş verib:
“Bu, ciddi hərbi təxribatdır. Hind əsgərləri iki ölkə arasında imzalanan razılaşmaları pozdular. Hindistan tərəfi bu kimi addımları dayandırmalıdır. Hadisə araşdırılmalı, təqsirkarlar cəzalandırılmalıdır”.
Hindistan isə ittihamları rədd edib və Çin əsgərlərinin Panqonq gölü ətrafında qarşı tərəfin hərbi müşahidə məntəqələrinə yaxınlaşmaq istədiyini, havaya atəş açdıqlarını irəli sürüb.