Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çin-Rusiya müharibəsi olacaq, - Məşhur görücü

2025-2037-ci illər arasında Çinlə Rusiya arasında müharibə başlayacaq.

\Bunu amerikalı ekstrasens Cin Dikson 1969-cu ildə yazdığı “Mənim həyatım və peyğəmbərliklərim” adlı kitabında qeyd edib.

ABŞ-dakı 11 sentyabr 2001-ci il terror aktlarını və ABŞ Prezidenti Con Kennedinin qətlini əvvəlcədən proqnozlaşdıran ekstrasens kimi tanınan Dikson 2025-ci ildə Çinin iqtisadi və siyasi cəhətdən sabitliyə nail olacağını vurğulayıb:

“Bu da ona irəliləyərək "Böyük fateh" olmağa imkan verəcək. Həmin il Qırmızı Çin Rusiyaya daxil olacaq, Rusiyanın şimal ərazilərinin böyük bir hissəsini ələ keçirəcək və Almaniya sərhədinə qədər irəliləyəcək, lakin Qərbi Avropaya daxil olmayacaq. Bu zamanadək Rusiya da nüfuz dairəsini genişləndirərək Liviyanı, Efiopiyanı, İranı və Afrikanın böyük bir hissəsini öz təsir zonasına daxil edəcək. Bu fəth müharibəsi 2025-ci ildən 2037-ci ilədək davam edəcək”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə