Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çin yerin altında nüvə sınağı keçirib? - Şok iddia

Çinin aşağı səviyyədə nüvə bombasını sınaqdan keçirməsi ilə bağlı iddialar əsassızdır.

Xeberinmerkezi.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lao Licien deyib.

“Çin bəri başdan məsuliyyətli davranış nümayiş etdirərək beynəlxalq öhdəliklərini icra edir. ABŞ-ın tənqidləri yersizdir və inkar etməyə belə dəyməz”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ tərəfi Çinin Uyğur Muxtar vilayətində gizli şəkildə yerin altında nüvə sınağı keçirdiyini iddia edib. Bildirilir ki, Çin hökuməti duz gölünün altında nüvə poliqonu yaradıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə