Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çində koronavirus qurbanlarının sayı 425-ə yüksəlib

Çində yeni növ koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb.

Məlumata görə, virusa yoluxanların sayı 20 438 nəfərə yüksəlib.

Qeyd edilir ki, fevralın 3-ü yoluxanların sayının 17 205 (2788 nəfərin vəziyyəti ağır), ölənlərin sayının isə 361 olduğu bildirilib.

Ötən sutka ərzində 3235 yeni yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə