Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi



Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin sayı artırılır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə