Conson NATO-nu Rusiyanı SWIFT-dən kənarlaşdırmağa çağırıb
Böyük Britaniyanın baş naziri Boris Conson NATO-ya üzv ölkələri Rusiyanı SWIFT-dən kənarlaşdırmağa çağırıb.
Bəyanat Britaniya hökumətinin saytında dərc olunub.
Conson müvafiq bəyanatla alyansa üzv ölkələrin liderləri ilə görüşdə çıxış edib.
Ukrayna XİN rəhbəri Dmitri Kuleba da Rusiyanı SWIFT-dən ayırmağa çağırıb.
Lakin Aİ bu qərarın icrasını çətin hesab edib.