Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Cümhuriyyət qurucularının varislərindən təbrik mesajı

Diasporla İş üzrə Dövlət Komitəsi Respublika Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb.

Xeberinmerkezi.az xəbər verir ki, cümhuriyyət qurucularının varisləri, qohumları komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə