Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qələbəyə gedən yollar” mövzusunda tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında alman faşizmi üzərində   qələbənin 73-cü ildönümünə  həsr olunmuş “Qələbəyə gedən yollar” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tahir Sadıqov qeyd etdi ki, Böyük Vətən Müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.   Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışdır. Qüdrətli Azərbaycan ordusu Qarabağ müharibəsinin də qələbə sədasını tezliklə bütün dünyaya yayacaqdır.

“Nərimanov Rayon  Veteranlar Şurası”nın sədri,  polkovnik Elşad Şabanov Azərbaycan xalqını qarşıdan gələn iki böyük bayram,- Böyük Qələbə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik edəndən sonra Böyük Vətən Müharibəsində əsas məqsədin SSRİ-ni məhv etmək olduğunu bildirdi. 1941-1945-ci illərin qanlı müharibə faktlarından danışdı. Çıxışını özünün yazdığı “Qarabağ qüssəli, Qarabağ qəmli” şeri ilə bitirdi.

Böyük Vətən Müharibəsi veteranı Qara Sarıyev 2-ci Ukrayna, 4-cü Ukrayna, 4-cü Belorusiya döyüşlərində iştirakından xatirələrlə çıxış etdi. Bildirdi ki, alman faşizminə qarşı aparılan müharibə  sovet xalqı tərəfindən ədalətli sayılırdı. Qara Sarıyev Böyük Vətən Müharibəsi cəbhələrində döyüşlərdə göstərdiyi igidliyə görə  əllidən artıq orden və medallarla təltif olunmasını qürur hissi ilə bildirdi.

Yasamal rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri Bəhram Şeydayev  alman faşizminin Böyük Vətən Müharibəsində törətdiyi milyonlarla insan tələfatından, dağıntılardan danışandan sonra Əfqanıstan döyüşlərindən də faktlarla çıxış etdi. Bütün dünyaya sülh, əmin-amanlıq, qələbə arzuladı.

Tədbirdə həmçinin,  Yasamal rayon “Qarabağ Veteranları Birliyi” nin üzvləri Saleh Hacıyev, Valeh Babayev, Yasamal rayon  “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin üzvü Hüseyn  Əliyev,  Qarabağ müharibəsi əlili Ələsgər Orucəliyev, əmək veteranı Aydın Musayev, Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, şair Şahlar Baba, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbir boyu  Böyük Vətən Müharibəsinə, Böyük Qələbəyə həsr olunmuş slaydlar nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tahir Sadıqov qeyd etdi ki, Böyük Vətən Müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışdır. Qüdrətli Azərbaycan ordusu Qarabağ müharibəsinin də qələbə sədasını tezliklə bütün dünyaya yayacaqdır.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə