Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Cəlilabadda ağır qəza: yaralılar var



Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Xeberinmerkezi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı VAZ 2107 markalı minik avtomobili ilə VAZ 21011 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə