Dağıstanda 3 günlük matəm elan olundu: ölənlərin sayı...
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.
Xeberinmerkezi.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Qeyd edək ki, avqustun 14-də Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb, 102 nəfər hospitala yerləşdirilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə qalxıb.
Bu barədə yerli tibb işçiləri bildirib.